Bakıda veloyürüş keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.
Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də "Ümumdünya avtomobilsiz günü" keçirilir.
Oxşar xəbərlər
Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb
"Bakının Nəsimi rayonunda salınacaq nəhəng parkla bağlı işlərə başlanıb". BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hak...