Bakıda daha bir avtobus zolağında minib-düşmə yeri yaradılıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
BAKU.WS AYNA-ya istinadən xəbər verir ki, növbəti belə yer Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Oxşar xəbərlər
Ev almaq, yoxsa tikdirmək daha ucuz başa gəlir? - VACİB AÇIQLAMA
"Əgər söhbət geniş sahəli, villa tipli və xüsusi dizaynlı fərdi yaşayış evlərindən gedirsə, bu halda evin sıfırdan tikdirilməsi daha məqsədəuyğun sayılır". Bu s...