Bakıda avtobuslardan istifadə edənlərə VACİB XƏBƏR - Noyabrın 4-dən...

Bakıda avtobuslardan istifadə edənlərə VACİB XƏBƏR - Noyabrın 4-dən...
Sosial 3691

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, AYNA 4-10 noyabr tarixlərində COP29 əməliyyatları ilə əlaqədar sərnişinlərin kəsintisiz hərəkətini təmin etmək məqsədilə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan bəzi marşrutların aralıq və son dayanacaq məntəqələrində dəyişiklik edib. Bu müddət ərzində E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır.

Marşrut dəyişikliklərini sərnişinlərin nəzərinə çatdırırıq.

1. 197 və 198 nömrəli marşrutların son dayanacaq məntəqəsi - Zabrat dairəsi

2. 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8 nömrəli 14 marşrutun son dayanacağı - "Ulduz" metrostansiyası

3. 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi - "Qara Qarayev" metrostansiyası

4. 166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək (Atletlər kəndi tərəf)

5. 62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək (Atletlər kəndi və "Piramida" tərəf)

Qeyd edək ki, H1 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilməyib.

Qurum tərəfindən sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılayaraq yeni sxemlərə uyğun ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur.

Son xəbərlər