Bakıda böyük müzakirəyə səbəb olan Ukrayna dairəsinin sirri bəlli oldu – FOTO
23
iyl
2018
16:00
Bakının Xətai rayonu, Ukrayna dairəsində təmirdən sonra yenidən qazıntı işlərinə başlanılıb.BAKU.WS xəbər verir ki, yenicə təmirdən çıxan yolda yenidən qazıntı işlərinə başlanılıb. Yolda “lyuk”ların qapağı açılıb.Bu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Çoxu bildirir ki, bu həmişə belədir.“Yolu təmir edirlər, daha sonra unudurlar ki, həmin ərazidə ya su borusu çəkilməyib, yaxud da elektrik xətləri yarımçıq qalıb”, - deyə tənqid edənlər yazıblar.Əslində isə Ukrayna dairəsində sürücülərin istifadəsinə verilən yol tam təmir edilməyib. Orada hələ də ətmir işləri aparılır.Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, dairənin yarısında baxın qapaqları, yəni “lyuk”lar qaldırılmışdı. Digər hissəsində isə qaldırılmadan yol açıldı ki, vətəndaşlar rahat hərəkət edə bilsinlər.“Əslində bu işlər yol bağlı halda aparılmalıydı. Həmin işlərin tam yekunlaşması üçün 2 gün lazım idi. Amma 2 günü yolu açdıq ki, nəqliyyatın hərəkətində problem olmasın. İşləri də yavaş-yavaş görülür”, - deyə Anar Nəcəfli bildirib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda çökən yolla bağlı ŞOK MƏLUMAT - FOTO
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazın...