Sürücülər bu ərazilərdə diqqətli olsunlar! - RƏSMİ XƏBƏRDARLIQ

Sürücülər bu ərazilərdə diqqətli olsunlar! - RƏSMİ XƏBƏRDARLIQ
Sosial 1375
Bakıda bir neçə istiqamətdə təmir işləri aparılır.Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.Bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT! Bu yollarda təmir aparılır

DİQQƏT! Bu yollarda təmir aparılır

Azərbaycanın iri avtomobil yollarında təhlükəsizlik sədlərinin təmiri davam etdirilir.Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, av...

592 Sosial 10:00 17 iyul 2018

Son xəbərlər