Avtobuslarda gediş haqqı 20 qəpik yox, 15 qəpik olacaq - TƏKLİF
26
dek
2017
15:05
BakıKart ilə işləyən avtobusların sayı artdıqca dayanaqcaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə hər dəfə karta gediş üçün vəsait ödəmək üçün xeyli vaxt sərf etməli oluruq. Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən savayı əlacımız qalmır. Ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Metropolitendə belə aparatların sayı çox olsa da avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil. Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli deyil.Şəhər nəqiyyatında nağdsız ödənişə keçməsi təqdirəlayiqdir. Əhali demək olar ki bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin bir dayanacaqdan aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq ə hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur. Azərbaycanda da nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın? Digər məsələ ödənişin rahatlığı məsələsidir. Əhali hələ də BakıKart kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da bu sistemə uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır.Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması zaman məsələsidir. Bu addım xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də, qiymət artım zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər.fins.azBAKU.WS
Oxşar xəbərlər
Metro kartını telefona toxundurduqda balans silinir? - RƏSMİ AÇIQLAMA
""BakıKart"ın balansına 1 manat yüklədim, 1 dəfə istifadədən sonra balansda cəmi 20 qəpik qalmışdı. Bu hal bir neçə dəfə təkrarlandı. Əvvəl yadımdan çıxdığını...