Bakının bütün avtobuslarında gediş haqqı kartla ödəniləcək

Bakının bütün avtobuslarında gediş haqqı kartla ödəniləcək
Sosial 1288

 

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart"ları hazırda gedişin nağd ödənildiyi avtobuslarda istifadə etmək mümkün olacaq.

BAKU.WS-in məlumatına grə, bunu Trend-ə "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib. Onun sözlərinə görə, hazırda Bakının bütün avtobuslarında gediş haqqının nağdsız ödənişinin tətbiqi məsələsi müzakirə edilir. C.Əliyev qeyd edib: "Ümid edirik ki, növbəti mərhələdə "BakıKart" kartları digər özəl nəqliyyat şirkətlərinin avtobuslarında da gediş haqqını ödəmək üçün istifadə ediləcək".

Xatırladaq ki, hazırda "BakıKart"lar Bakı Metropolitenində və "BakuBus" nəqliyyat şirkətinin 8 marşrutunda gediş haqqını ödəmək üçün istifadə olunur. BakiKart-ların alınması və yüklənməsi MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir.

Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edi

 

BAKU.WS

Oxşar xəbərlər

“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib. "BakuB...

3673 Sosial 10:25 07 noyabr 2015

Son xəbərlər