“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)
Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib.
"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilkin mərhələdə 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək. 10 noyabr 2015-cil il tarixindən etibarən 03 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək. Fransa istehsalı olan "İveco” avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti” metro stansiyasından başlayaraq– Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, Əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– Azadlıq prospekti m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir. Məlum olduğu kimi, "BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız "BakıKart”ları və daimi istifadə üçün plastik "BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər. "BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir. "BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır;. İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən " BakuBus” MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Sakinlərə şad xəbər: “Baku-Bus” daha bir avtobusu xəttə buraxdı (HƏRƏKƏT İSTİQAMƏTİ)
"Baku-Bus” MMC-nin 14 saylı marşrut avtobusu iki gün test rejimində işlədikdən sonra, 02.11.2015 tarixindən - bugündən tam olaraq fəaliyyətə başlayıb. Nəqliyya...