AAYDA: Yollar qardan təmizlənib, buzlaşmaya qarşı tədbirlər görülüb
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq yollar nəzarətdə saxlanılıb, qardan təmizlənib və buzlaşmaya qarşı tədbirlər görülüb.
Bu barədə BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentlik gücləndirilmiş iş rejimində çalışmağa davam edib.
"Quruma məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.
Oxşar xəbərlər
Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində piyada zonaların...