Türkiyə şou-biznesinin məşhurlarının əsl adı nədir?
Şou-biznesdəki məşhurlar haqqında olan ən xırda detallar belə həmişə tamaşaçıların daim diqqətini çəkir. Bu tanınmışların bir çoxu sevənləri qarşısına əsl adları ilə deyil, onlar üçün seçilən xüsusi səhnə adları ilə çıxırlar. Bu adlar əsasən yaddaqalan, daha təsirli olur. Türkiyədə də musiqi, televiziya və kino sahəsində elə tanınmışlar var ki, istifadə etdikləri adlarla məşhurlaşıblar. Lakin onların əsl adı. yəni doğum şəhadətnamələrində qeyd edilən adlar çox zaman pərəstişkarları üçün sürpriz olur.
Bu dəfə BAKU.WS oxuculara türkiyəli məşhurların çoxlarının bilmədiyi əsl adlarını təqdim edir:
Müğənni Seda Sayanın əsl adı Aysel Gürsaçerdir.
Müğənni Kibariyenin əsl adı Bahriye Tokmakdır.
Müğənni Mahsun Kırmızıgülün əsl adı Abdullah Bazencirdir.
Müğənni Alişanın əsl adı Serkan Burak Tektaşdır.
Müğənni Teomanın əsl adı Fazlı Teoman Yakupoğludur.
Rəqqasə Asenanın əsl adı Onur Çakmakdır.
Aktyor Mert Fıratın əsl adı Şahabettin Mert Fıratdır.
Müğənni Sezen Aksunun əsl adı Fatma Sezen Yıldırımdır.
Aktrisa Müjde Arın əsl adı Kamile Suat Ebrendir.
Fenomen Danla Biliçin əsl adı Neslihan Damla Aktepedir.
Oxşar xəbərlər
Həyat yoldaşından boşanan Bengü: "Belə rahatam, niyə bir kişinin penjamasını ütüləyim?"
Ötən il həyat yoldaşı Selim Selimoğlundan boşanan müğənni Bengü açıqlaması ilə marağa səbəb olub. BAKU.WS xəbər verir ki, hazırda subay olan sənətçi yeni həyat...