Titanik batandan sonra çəkilən ilk real görüntülər (FOTO, VİDEO)
Titanik — "Uayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisinin batmasından sonra çəkilən real görüntülər yayımlanıb.
BAKU.WS-in məlumatına görə, Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz-gəmidən biri olan Titanik suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi idi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdı. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1 514 nəfər həlak olmuşdu.
Gəmidən xilas olanların şəkilləri nüfuzlu media orqanları tərəfindən dərc edilib. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas etdəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən muasir texnologiyadan istifadə edilmişdi.
Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbədən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyyəti, muasir teknika və güclü buxar mühərikkləri ilə təmin olunmuş gəminin batmasını hec kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4.000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediyasını yenidən hadisə ətrafında cəmlədi.
Sərnişin sinifi | Gəmidəki sayı | Xilas olma faizi | Həlak olma faizi | Xilas olanların sayı | Həlak olanların sayı |
---|---|---|---|---|---|
Uşaqlar, Birinci sinif | 6 | 83% | 17% | 5 | 1 |
Uşaqlar, İkinci sinif | 24 | 100% | 0% | 24 | 0 |
Uşaqlar, Üçüncü sinif | 79 | 34% | 66% | 27 | 52 |
Qadınlar, Birinci sinif | 144 | 97% | 3% | 140 | 4 |
Qadınlar, İkinci sinif | 93 | 86% | 14% | 80 | 13 |
Qadınlar, Üçüncü sinif | 165 | 46% | 54% | 76 | 89 |
Qadınlar, Şəxsi heyyət | 23 | 87% | 13% | 20 | 3 |
Kişilər, Birinci sinif | 175 | 33% | 67% | 57 | 118 |
Kişilər, İkinci sinif | 168 | 8% | 92% | 14 | 154 |
Kişilər, Üçüncü sinif | 462 | 16% | 84% | 75 | 387 |
Kişilər, Şəxsi heyyət | 885 | 22% | 78% | 192 | 693 |
Cəmi | 2224 | 32% | 68% | 710 | 1514 |
BAKU.WS
Oxşar xəbərlər
Rusiyaya məxsus tankerdən 10 nəfər xilas edilib, 1 nəfər itkin düşüb - RƏSMİ
Xəzər dənizində yanan Rusiyaya məxsus tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər - baş mexanik Kramcuk Andrey Vladimiroviç itkin düşüb. BAK...