“İşte benim stilim”də mübahisə - Çəkiliş dayandırılıb

“İşte benim stilim”də mübahisə - Çəkiliş dayandırılıb
Şou-biznes 1569
 

Ötən gün "İşte benim stilim” münsifləri arasında böyük mübahisə baş verib.

BAKU.WS-in Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəb yarışmasında Nur Yerlitaşla digər münsiflər Kemal Doğulu, İvana Sert və aparıcı Öykü Serter arasında gərginlik yaşanıb.  

Gərgin mübahisəyə layihə prodüserləri müdaxilə edib, çəkiliş dayandırılıb, Nur Yerlitaş müsabiqədən gedəcəyini söyləyib. Verilişi ərsəyə gətirən "Poduction Hause” isə Nur Yerlitaşa dəstək olub, "Gedən getsin” şərhini verib.

Çəkilişlərin bu baş tutub-tutmayacağı isə sual altındadır.

Arzu Mirzəyeva

BAKU.WS

Son xəbərlər