Azərbaycanlı iştirakçı "İşte benim stilim"dəki ilk günündə qalmaqala səbəb oldu (VİDEO)
Türkiyənin Tv8 kanalında yayımlanan "İşte benim stilim" dəb yarışmasının bu mövsümkü buraxılışına azərbaycanlı iştirakçı qatılıb.
BAKU.WS məlumat verir ki, Ayşən Ocaqverdiyeva adlı iştirakçı yarışmanın seçim mərhələsinə qatılıb. Həmyerlimizlə yarışma iştirakçıları arasında qalmaqal da yaşanıb. Ayşənin Bahar adlı iştirakçıya güzgü və salfet hədiyyə etməsi bir mənalı qarşılanmayıb. Yarışmanın digər iştirakçıları həmyerlimizin hərəkətini tənqid edib.
Münsiflər isə A.Ocaqverdiyevanın hərəkətini bəyəndiklərini deyib:
"Çox xoşum gəldi bu hərəkətinizdən. Ağıllı qadınsınız" deyə münsiflər bildirib.
Qeyd edək ki, "İşte benim stilim" dəb yarışmasının münsiflər kürsüsündə Nur Yerlitaş, İvana Sert və Hakan Akkaya əyləşib.
BAKU.WS
Oxşar xəbərlər
Sima "İşte Benim Stilim. All star"la vidalaşdı (VİDEO)
Tanınmış azərbaycanlı model Sima Şərafətdinova TV8 kanalında yayımlanan "İşte Benim Stilim. All star" dəb yarışmasından çıxıb. BAKU.WS məlumat verir ki, yarış...