Sima Şərafəttinovanı pərt etdilər (VİDEO)
Türkiyənin TV8 telekanalında yayımlanan "İşte benim stilim all star” yarışmasında iştirakçıların bəziləri ilə həmyerlimiz Sima Şərafəttinova arasında yenə qalmaqal yaşanıb.
BAKU.WS məlumat verir ki, iştirakçılardan bəziləri Simanın arıqlığını ələ salıb. Həmyerlimizi hər zaman arıqlığı ilə tənqid olunan aparıcı Öykü Serter müdafiə edib:
"Sosial şəbəkədə uzun müddətdir varıq. Bizi arıqlığımıza görə çox tənqid ediblər. Bir insanın üzünə "kilolusan, gombulsan” kimi sözlər demək nə qədər etik deyilsə, arıqlığını da ələ salmaq etik deyil”.
Bundan başqa gənc modeli münsiflər də müdafiə edərək "Arıqlıq sənə çox yaraşır" deyiblər. Simaya geyiminə görə münsiflərin hər biri 6 xal verib.
Qeyd edək ki, Sima Şərafəttonova "İşte benim stilim" yarışmasının üçüncü mövsümündə qalmaqalları ilə yadda qalmışdı.
BAKU.WS
Oxşar xəbərlər
Sima Şərafətdinova "İşte Benim Stilim all star" yarışmasına qatılıb (VİDEO)
Gənc model Sima Şərafətdinova TV8 kanalında yayımlanan "İşte Benim Stilim all star" dəb yarışmasına qatılıb. BAKU.WS məlumat verir ki, proqramın all star bölüm...