"Sehrli Anam" serialının "Çiyələk"i Zeynəb Özkaya ailə qurdu

Sehrli Anam serialının Çiyələki Zeynəb Özkaya ailə qurdu
Foto
Şou-biznes 288

"Sehrli Anam" serialının "Çiyələk"i Zeynəb Özkaya ailə qurdu.

BAKU.WS xəbər verir ki, 2003-cü ildə böyük maraqla izlənilən "Sehrli Anam" ("Sihirli Annem") serialında "Çiyələk" obrazı ilə tanınan aktrisa Zeynəb Özkaya sevdiyi şəxs Oğulcan Can ilə nikah masasına oturub.

26 yaşlı aktrisa ötən ilin avqustunda sevgilisindən evlilik təklifi almış və həmin anı "Həyatımın şokunu yaşadım, doğum gününə gəldiyimi düşünürdüm, amma baş verənlərə bax" sözləri ilə sosial mediada paylaşmışdı.

Cütlük ötən axşam keçirilən mərasimlə ailə həyatı qurub. Toy mərasimində Zeynəb Özkaya və Oğulcan Can-ın ailə üzvləri, yaxın dostları, o cümlədən tanınmış simalardan Gizem Güvən, İnci Türkay, Jennifer Boyner, Dilara Kurtulmuş və Buğra Özmüldür də iştirak edib.

Cütlüyün ilk rəqsi və toy mərasimindən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Zeynəb Özkaya "Sehrli Anam" serialında canlandırdığı "Çiyələk" obrazı ilə ekranların sevimlisinə çevrilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa özünə 12 milyonluq "Jeep" aldı

27 yaşlı aktrisa Cemre Baysel yeni və lüks "Jeep"i ilə gündəmə gəlib.  BAKU.WS xəbər verir ki, aktrisanın maşınının qiyməti 12 milyon lirədir.  Cemre İstanbulda...

612 Şou-biznes 17:41 24 iyun 2026

Son xəbərlər