Şəfəq Novruz qızı Ayana "Barbi" üslubunda ev aldı
Tanınmış stilist və vizajist Şəfəq Novruz qızı Ayana ev alıb.
BAKU.WS xəbər verir ki, iki otaqdan ibarət mənzil şəhərin mərkəzi yerlərindəki binlaradan birində yerləşir.
Şəfəq bu mənzili almaqla qızı Ayana sürpriz edib. O evi "Barbie" üslubunda dizayn etdirib. Daha sonra dizaynı elə o tərzdə olan mebellərlə tamamlayıb.
Stilist bu barədə sosial şəbəkə hesabında bildirib. O bir müddət əvvəl Ayana ev almağı söz verdiyini deyib:
"Barbi"mə söz vermişdim ki, ona qəşəng ev alacağam. Sözümü tutdum. Sən bundan da yaxşılarına layiqsən. Bu evdə sağ-salamat yaşayasan. Həmişə arxandayam".
Məlumat üçün bildirək ki, stilist Şəfəq Novruz mərhum Xalq artisti Ramiz Novruzun qızıdır.
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...