Ərdoğan Putinin bu silahlarından qorxmalıdır (SİYAHI)

Ərdoğan Putinin bu silahlarından qorxmalıdır (SİYAHI)
Şou-biznes 4686

Türkiyə Rusiya ilə müharibəyə başlamağa qərar verərsə ilk növbədə qarşı tərəfin necə döyüş texnikalarına sahib olduğunu bilməlidir.

BAKU.WS-in məlumatına görə, The National Interest analitik hərbi jurnal yazır ki, Rusiya cəhənnəm yarada bilən hərbi silahlarlara malikdir. Mütəxəssislər hesab edirlər ki, əgər rəsmi Ankara müharibə qərarı verərsə, Rusiya dəhşətli silahlardan istifadə edə bilər.

Nəşrin yazdığına görə, hazırda Rusiya Suriyada İŞİD terroçularına qarşı həmin silahlardan istifadə edir. Rusiyanın ən qorxunc texnikaları sırasında çoxfunksiyalı Su-24 qırıcıları daxildir. Bu təyyarələrdə çoxfunksiyalı silahlar və o cümlədən özünümüdafiə sistemi mövcuddur. 

Rusiyanın Su-34 çoxfunksiyalı qırıcılarında isə radarı dəf edən sistem mövcuddur. Bu qırıcılar Türkiyənin F-16 çoxfunksiyalı təyyarələrilə müqayisədə daha çox silah daşıma və yanacağa qənaət etmə funksiyasına malikdir. Bundan əlavə Türkiyə texnikalarına nisbətən bu qırıcılar daha odadavamlıdır və uzaq məsafədən hədəfi dəqiq nişan alma funksiyalarına malikdir. Rusiyanın hər iki qırıcıları yaxşı özünümüdafiə və manevr etmə imkanlarına malikdir.

Qeyd edək ki, Su-34 qırıcılarını daha qorxunc edən ora quraşdırılan R-27 və RBB-AE raketləridir. Bu raketlər vasitəsilə təyyarə havadan və yerdən dəqiq zərbə endirmə imkanı qazanır. RBB-AE raketləri pilota imkan verir ki, 100 kilometr uzaqlıqdakı hədəfi dəqiq vursun. Türkiyədə isə ABŞ istehsalı olan AIM-120 AMRAAM raketləri var. Onlar vasitəsilə isə 50 kilometr ərazini hədəf almaq mümkündür.

Rusiyanın "Krasuxa-4” radiostansiyası vasitəsilə 400 kilometr məsafəni vurmaq mümkündür. Lakin Türkiyənin "Koral" stansiyaları vasitəsilə bu mümkün deyil. Rusların üçüncü ən qorxulu silahı isə "Bazalt” zenit raket sistemləridir.

Rusların təhlükəli texnika siyahısına "Gecə ovçusu” adlanan "Mi-28NM” helikopterləri də daxildir. Bu helikopterlərdə pilotların təhlükəsizliyi tam təmin olunub. "Mi-28NM”də quraşdırılan xüsusi optik cihazlar vasitəsilə gecələr də rahat şəkildə istənilən obyekti dəqiq nişan alıb, darmadağın etmək olar.

Rusların yeni ixtisaslaşdırılmış "Armata” tankları isə quru döyüşlərində əvəzedilməzdir. Həmin tanklar 9 may qələbə günündə "Qızıl meydan”da nümayiş etdirilib. Həmin tanklar silahlarla tam təchiz olunub. "Armata” tanklarına gecəgörmə silahları yerləşdirilib. Tanklar saatda 80 Km sürətlə hərəkət edə bilir.

Bu səbəbdən də, Türkiyə Rusiya ilə müharibəyə girərsə, texnikaların müqayisəsinə görə geridə qalacaq. Amma türklərin əsrlərdir qırılmayan döyüş əzmi sayəsində texnika üstünlüyü heçə enə bilər. Axı döyüş meydanında qələbə təkcə texniki üstünlüklə qazanılmır. 

Ziya Səccad

BAKU.WS

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər