Rafael Dadaşovun qızı Dilarənin geyimini tənqid etdi:"Səslə fərqlənmək lazımdır, lütlənməklə yox" (FOTO)

Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova həmkarı Dilarə Kazımovanın çimərlik geyimindəki fotosessiyasına münasibət bildirib.
BAKU.WS Axşam.az-a istinadən məlumat verir ki, S.Dadaşova sosial şəbəkədə paylaşılan fotonun aşağısına təhqirlər yazıb.
O, Azərbaycan xanımına açıq-saçıq geyim yaraşdırmadığını vurğulayıb:
"Sənətçidir, gedib çimərlikdə yox, lüt fotosessiya etdirsin. Bəsdirin, sənət adamı işiylə, səsiylə fərqlənsin. Hamı bunu edə bilər. Görmüşük ki, sənət adamı örnək olar: geyimi, səsi, özünü aparmağı ilə... Bu ən sadə yola əl atıb. Nə qədər peşəkar stilistlərimiz var. Geyinməyi bacarmırsa, onlara müraciət eləsin. Daha da zövqlü görünər.
Bizimkilər Beyonsa, Şakiraya, ona-buna baxıb ibrət götürür, onları təkrarlayır. Özünüz olun, ideyalarınız olsun.
Bu biabrçılığı heç səhifələrə qoymamalısınız. Səslə fərqlənmək lazımdır, lütlənməklə yox. Get-gedə biabırçılıq artır. "Eurovision"da lüt olmaq lazımdır? Olmaz ki, bədənə uyğun modern libaslar geyinilsin? Bu valideynlər hara baxır? Allah, uçuruma gedirik”.
BAKU.WS



Oxşar xəbərlər
Müğənni Səidə internetdə yayılan çılpaq görüntüləri ilə bağlı danışdı (VİDEO)
"2014 -cü ildə çəkilən klipi niyə iki il sonra gündəmə gətirirlər ki? Anlamıram". BAKU.WS-in məlumatına görə, bu sözləri BiG.az-a açıqlamasında müğənni Səidə D...
