Nazpərinin Zahidin ailəsinə etdiyi jest heyrətləndirdi - VİDEO
10
yan
2019
21:03
Xalq artisti Nazpəri Dostəliyeva mərhum klanet ifaçısı Zahid Sabirabadlının ailəsinə kömək edib.BAKU.WS axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişinə qatılan musiqiçinin xanımı Leyli evinin ipoteka krediti üçün kömək istəyib. Buna biganə qalmayan N.Dostaliyeva proqrama Zahidin xanımına 5 min manat pul göndərib. Pulu studiyaya xalq artistinin adını daşıdığı nəvəsi Nazpəri gətirib.Bu barədə məlumat verən verilişin aparıcısı Zaur Baxşəliyev xəbəri eşitdikdə şoka düşdüyünü deyib. Leyli isə Zahidin ölümünün ən çox N.Dostəliyevaya təsir etdiyini və həmişəki kimi onun böyüklük göstərdiyini vurğulayıb.Qeyd edək ki, ötən gün müğənni Səidə Sultanda proqrada mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb. Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb.BAKU.WS
Oxşar xəbərlər
Tarkan konsertlərindən 500 milyon qazandı
Meqastar Tarkanın silsilə konsertləri yekunlaşıb. BAKU.WS xəbər verir ki, məşhurların tamaşaçı və qonaq kimi iştirak etdiyi 10 konsertlik marafon başa çatıb. ...