Nadir Qafarzadədən ŞOK açıqlama: Mən artıq ömrümü sayıram - VİDEO
23
iyl
2018
16:20
Müğənni Nadir Qafarzadə neçə yaşında öləcəyini bilir. BAKU.WS xəbər verir ki, 47 yaşlı ifaçı "Xəzər maqazin"ə açıqlamasında ömrünün sonuna 23 il qaldığını deyib: "Mən artıq ömrümü sayıram. Məndə bir vərdiş yaranıb, ömrümü saymaq. Uşaq vaxtıydı, 8 yaşım olardı. Qapımıza qaraşın, qara paltarlı yaşlı bir qadın gəlmişdi. Anam onu içəri buraxdı. Qadın falçı idi. Dedi ki, bu çox istedadlı uşaqdır. Gələcəkdə çox hörmətli, şöhrətli bir adam olacaq. Siz onunla fəxr edəcəksiz. Düzdür, anam bu günləri görmədi. 70 il ömür sürəcəyimi dedi. O gündən bəri qadının sözləri beynimə həkk olub ki, mən 70 yaşımda dünyamı dəyişəcəm. Çünki anam da. atam da 70 yaşında dünyasını dəyişib. Bir də görürsən ki, gecənin yarısı soyuq tər içində ayılıram və fikirləşirəm; aha, mənim 47 yaşım var, deməli 23 il ömrüm qalıb". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Həmidə Ömərovaya ağır itki: Arzumuz ürəyimizdə qaldı... - FOTO
Xalq artisti Həmidə Ömərovanın analığı dünyasını dəyişib.BAKU.WS xəbər verir ki, aktrisa bununla bağlı İnstagram səhifəsində paylaşım edib: “Yubileyinə hazırlaş...