“15 yaşımda bildim ki, anam xalam, atam əmimdir” – Şəbnəm Tovuzlu – VİDEO – FOTO

“15 yaşımda bildim ki, anam xalam, atam əmimdir” – Şəbnəm Tovuzlu – VİDEO – FOTO
Video
Şou-biznes 2857

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Şəbnəm Tovuzlu (Əsədova) maraqlı açıqlamalar verib.

O, ilk olaraq 18 yaşında evlənməsindən danışıb:

"Həyatım hind filmi kimi olub. 15 yaşımda bildim ki, anam xalamdır, atam əmimdir. Atam üçün heyifslənmədim. Əslində ona çox hirsli oldum. Anam üçün çox ağladım. Atam da ağladı və dedi ki, ömrümü sənə bağlamışam. Ailə qurmamışam, artıq 15 ildir. Atama dedim ki, çox istəyirəm məni məzarlığa aparasan. Əlimdən tutub məzarlığa apardı, orada da ağladım. Amma yenə özümü saxladım ki, onlara bildirməyim. 18 yaşımda Bakıda ailə qurdum. Sevərək ailə qurdum, hətta qoşulub qaçdım. Elə oldu ki, 20 günün içində evləndim. Anlaşılmazlıq üzündən boşandıq. İkimiz də uşaqlıq etdik. Bugünkü həyatıma baxanda deyirəm ki, yaxşı ki boşanmışam. Keçmiş yoldaşım çox maraqlı insan idi. Mənə dedi ki, sənə heç maraqlı deyil atan kimdir? Bir gün dedi ki, dur geyin gedək. Atamla məni görüşdürdü. Bizi görüşdürəndə atam mənə dedi ki, anana çox bənzəyirsən. Atama heç vaxt qanım qaynamadı. O hissi yaşamadım, ata deyə bilmirəm ona. Mən məni böyüdənləri valideynlərim kimi qəbul edirəm. Amma faktiki atam dedi ki, səni görməyə imkan vermirdilər. İnanmadım".

Müğənni daha sonra həyat yoldaşı ilə ayrılmasının səbəblərini də açıqlayıb:

"Tələbə vaxtı işləmək məcburiyyətində oldum. Toylara gedən zaman bundan qısqanclıqlar yaranmağa başladı. Qısqanan insan heç vaxt icazə verməz. Cüzi bir qısqanclıqdan ailəmiz dağıldı. Bu sənətdə ayağa qalxana kimi mənə dəstək olan Tacir Şahmalıoğludur. Ona sonsuz təşəkkür edirəm. Oxumağa başlayanda qohumlarım istəmirdi. Ayrılmışamsa, uşağımı götürüb atamın üstünə getməzdim. Çox iddialıyam, nəyəsə məqsəd qoymuşamsa, edirəm. Əziyyət çəkdim və bəhrəsini gördüm".

BAKU.WS

 

Son xəbərlər