Nadir Qafarzadə etiraf etdi: Anadan doğulandan belə olmuşam - VİDEO

Nadir Qafarzadə etiraf etdi: Anadan doğulandan belə olmuşam - VİDEO
Video
Şou-biznes 1484
Müğənni Nadir Qafarzadə prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişində əzablı keçmişindən söz açıb.BAKU.WS -in məlumatına görə, Qafarzadə aparıcının “Neçə yaşında səhnədən gedəcəksən?” sualını belə cavablandırıb: “55-dən sonra bu barədə fikirləşərəm. Çünki mən heç kimə yük olmaq istəmirəm. Heç övladıma möhtac olmaq istəmirəm. İstəmirəm gəlin, nəvə mənə su gətirsin. Uşaq yaşlarımdan pul qazanıram. İkinci sinifdən artıq toylara gedirdim. Ömür boyu işləmişəm. Mənim uşaqlığım olmayıb. Gəncliyim, cavanlığım da olmayıb. Anadan doğulandan belə olmuşam. Heç nəyim olmayıb. Keçmişlə bağlı nəyi yadıma salsam, ancaq əzab-əziyyət, göz yaşı görürəm”. BAKU.WS

Son xəbərlər