Nadir Qafarzadəyə pul “atdılar”
Müğənni Nadir Qafarzadə bundan sonra Azərbaycanın bəzi bölgələrinin toylarında oxumayacaq.
BAKU.WS xəbər verir ki, ifaçı belə qərara bu yaxınlarda regionlardam birində apardığı el şənliyindən sonra gəlib.
"Ay yarım bundan əvvəl köməkçimə bir nəfər rayonlarımızın birindən zəng vurub, övladının toyunda oxumağımı istəyirdi. Köməkçim o adama dedi ki, Nadir Qafarzadə Şəmkir və Gəncə istisna olmaqla, rayona toya getmir. Çünki rayon toylarının musiqilərini bilmədiyi üçün buna risk etmir. Həmin adam isə israr etdi, dünyasını dəyişən həyat yoldaşının arzusu mənim övladının toyunda oxumağım olduğunu bildirdi. Uzun mübahisədən sonra qərara aldıq ki, toy 13-00-da başlayır, biz məclisi 19:00-da yekunlaşdıraq. Həmin adam bizimlə razılaşdı, hətta aramızda behləşdik də. Nəsə, 15 nəfərlik musiqi heyətimlə 06-00 da yollandıq həmin rayona...
Məclisdə 20:30-dək oxuduq. Daha sonra məclis sahibinə yaxınlaşıb, getmək istədiyimizi bildirdik. Çünki biz 19:00-dək oxumalı idik. Toy yiyəsi isə həyasızlıq etməyə başladı ki, siz nə danışırsız? Mənim məclisim hələ indi başlayır, bəylə-gəlin zala daxil olacaqlar. O, belə deyəndə, anladım ki, bizi aldadıblar... Amma ödənilən məbləğdə heç bir artım olmadı. Musiqiçilərim isə necə yorulmuşdularsa, nəfəsləri kəsilmişdi. Utandığımdan onların üzünə baxa bilmirdim. Beləcə, biz 22:30-dək toy aparmalı olduq. Biz az pul verildiyi üçün etirazımızı bildirəndə, az qaldılar ki, bizi parçalasınlar, yesinlər... 15 nəfər musiqiçi və mən o toya halallıq vermədik. Bundan sonra da özümə söz verdim ki, adını çəkmə istəmirəm, ac qalaram, həmin rayona və onun ətrafındakı regionlara toya getmərəm”, - deyə N.Qafarzadə bildirib.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Nadir Qafarzadə özünə ləqəb qoydu: “Dollar Nadir...” (FOTO)
Nadir Qafarzadə manatın "ölmə”sinə özünəməxsus formada şərh verib. BAKU.WS xəbər verir ki, müğənni "İnstagram” bloqunda xüsusi telefon funksiyaları ilə özünün...