Nadir Qafarzadə: "Erməni mənim düşmənim deyil"
Müğənni Nadir Qafarzadə son 2 gündür ki, sosial şəbəkələrdə yazdıqlarının saytlar vasitəsilə tirajlanmasına münasibət bildirib.
AzNews.az xəbər verir ki, Nadir instagram səhifəsini bağladıqdan sonra etdiyi paylaşımında oxuculara da kəskin sözlər yazıb: "Deyirəm, mən olmasaydım, bəzi saytlar necə çörək pulu qazanıb, evlərinə aparardılar? Yazın, yazın, mənim sayəmdə yalanlarla dolu məqalələrinizi savadsız oxucularınız da oxuyub savadlansınlar. Yenə sayəmdə. Bu günlər gündəmi ələ almışam".
N.Qafarzadə el arasında ona "itoynadan Nadir" deyildiyini xatırladıb: "Hətta sənətdə heç bir şey etməyib kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Var ol, Nadir, nə yaxşı ki, varsan. Allah məni xarici yox, daxili düşmənlərdən qorusun. Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir, indi anladım".
BAKU.WS
Oxşar xəbərlər
Nadir bəzi izləyiciləri söydü, sonra da üzrxahlıq etdi (FOTO)
Müğənni Nadir Qafarzadənin şəxsi "İnstagram” bloqunda paylaşımlarını sərt tənqid edənlərə qarşı təhqir dolu sözlər yazmağı haqda xəbər vermişdik. BAKU.WS xatır...