Nadir bəzi izləyiciləri söydü, sonra da üzrxahlıq etdi (FOTO)
Müğənni Nadir Qafarzadənin şəxsi "İnstagram” bloqunda paylaşımlarını sərt tənqid edənlərə qarşı təhqir dolu sözlər yazmağı haqda xəbər vermişdik.
BAKU.WS xatırladır ki, müğənni izləyicilərini təhqir etmişdi:
"Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi keyfiyyətsizdir! Çünki mənim varliğım onları narahat edir! Mən, Allahın mübarək ve seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”.
Müğənniyə qarşı həmin paylaşımdan sonra izləyicilərin reaksiyası daha sərt olub. N.Qafarzadə müzakirələrin artdığını görərək yayımladığı foto və şərhi silib. Yayılan söz-söhbətlərə yenidən aydınlıq gətirmək istəyib:
"Bir daha dünən ki, söhbətə aydınlıq gətirmək istəyirəm. Heç kəsə heç nə qaranlıq qalmasın. Dünən ki, yazdıqlarım mənim şəxsi səhifəmə girib tənqid edənlərə idi, hamıya şamil etməmişəm. Məni sevməyənlərin Allah canını sağ eləsin. Sevgi güc və zorla əldə edilmir, içdən gəlməlidir. Ömür boyu xalqıma, dövlətimə borclu olmuşam. Məni narahat edən bir məsələ var, bəs biz kimi sevirik və bizi kim sevir? Dostumuz və düşmənimiz kimdir? Hələ ki, bunu ayırd edə bilmirik.
İnsanın gərək məqsədi və mpvqeyi olsun. Azərbaycanda yaxşı insanlar çoxdur, amma pislər də az deyil. Paxıllar, ev yıxanlar, ailə dağıdanlar, dələzudlar, yalançı və oğrular! Allah hamını belələrindən qorusun. Həyat qısadır, gəlin mehriban olaq və elə yaşayaq ki, sonra peşmançılıq çəkməyək. Düşmənlərimizi özümüzə güldürməyək”.
Aysel Şirinzadə
BAKU.WS
Oxşar xəbərlər
Nadir Qafarzadə: "Məni sevməyənlər savadsız, zövqsüz və cahildir" (FOTO)
Azərbaycanlı müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni fotolarını paylaşıb. BAKU.WS-in məlumatına görə, öz Instagram bloqundan paylaşdığı şəklin altına qey...