Nadir Qafarzadə "Allah şəhidlərə lənət eləsin" xəbərlərinə aydınlıq gətirdi (FOTO)

Nadir Qafarzadə Allah şəhidlərə lənət eləsin xəbərlərinə aydınlıq gətirdi (FOTO)
Şou-biznes 4495

 

Müğənni Nadir Qafarzadə onun haqda yalan məlumat yayanları məhkəməyə verəcək.

BAKU.WS məlumat verir ki, müğənni ötən gün onun adından yayılan "Allah şəhidlərə lənət eləsin" sözlərinin yalan olduğunu bildirib. Onun adından yalan məlumat yayan saytları məhkəməyə verəcəyini deyib:

"Dünəndən çox əsəbiyəm. Belə haqsızlıq olar? Instagram hesabımda İlhamə xanımın keçmiş köməkçisinin paylaşdığım videosunda yazmışam ki, "Allah şəhidlərimizə rəhmət eləsin”. Bunu sözlərimi dəyişərək xəbər ediblər. Özü də "rəhmət” sözünü "lənət”lə əvəzləyərək. Açıq aşkar bu məni gözdən salmağa hesablanmış bir addımdır. Mən kimisə lənətləyəcək insan deyiləm. Hələ ki, şəhidlərə. Şəhidə lənət diləyən insan gərək vicdansız olsun. Haqqımda belə xəbər yazanları məhkəməyə vermişəm. Artıq vəkilim bu işlə məşğuldur. Bunu edənlər həm üzr istəməlidirlər, həm də təkzib verməlidirlər". 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər