Aygün Kazımova: "Kaş ki, yaşananlar olmayaydı" (FOTO)

Aygün Kazımova: Kaş ki, yaşananlar olmayaydı (FOTO)
Şou-biznes 1559

 

Aygün Kazımova İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb. 

BAKU.WS məlumat verir ki, müğənni xalq artistinin ölümünə kədərləndirdiyini bildirib:

"İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlar baxmayaraq, onn ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt var idi bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq. Son yaşananlar kaş ki, olmayaydı. Haqsızlığa dözümüm yoxdur. Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyevaya halallıq verirəm və inanıram ki, onun əks köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallıq verər. Haqq ədalət bərqərar olar, Mehriban da azadlığa çıxar, ailəsinə qovuşar. Allah böyükdür. Allah rəhmət eləsin, bütün günahlarını bağışlasın".

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər