Kardioloq: "Oturaq həyat tərzi infarkt riskini artırır"
Gündəlik həyatda masa arxasında keçirilən vaxtın çoxalması, avtomobildən istifadə və ekran qarşısında uzun müddət hərəkətsiz qalmaq ürək sağlamlığına mənfi təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardioloqu Profeddor Okay Abacı bildirib.
Onun sözlərinə görə, fiziki aktivlik yalnız nizamlı məşqdən ibarətdir.
Uzun müddət oturmağın çəki artımı, insulin müqaviməti, yüksək təzyiq və xolesterin kimi ürək-damar xəstəlikləri baxımından vacib risk faktorları ilə əlaqəli ola biləcəyini qeyd edən həkim bildirib ki, günün böyük hissəsini hərəkətsiz keçirmək metabolik sağlamlığı mənfi təsirə məruz qoya bilər.
Bu mənzərə zaman keçdikcə ürək və damar xəstəlikləri riskini artıra bilər
Ürək tutması riskinin tək bir səbəbdən qaynaqlanmadığını vurğulayan Abacı siqaret istifadəsi, hipertoniya, diabet, yüksək xolesterin, artıq çəki, irsi amillər və hərəkətsiz həyat tərzinin birgə dəyərləndirilməli olduğunu vurğulayıb.
Xüsusilə masa arxasında işləyənlərin saatlarla eyni pozisiyada qalmamalı olduğunu söyləyən Abacı həmin şəxslərə fasiləli hərəkətlər etməyi tövsiyə edib.
İş zamanı müəyyən intervallarla ayağa qalxmaq, bir neçə dəqiqə gəzmək, pilləkənlərdən istifadə etmək və ya telefon danışıqlarını ayaqüstü etmək kimi kiçik dəyişikliklər belə gündəlik hərəkət miqdarını artıra bilər. Əsas odur ki, uzun müddət fasiləsiz oturmayın.
Müntəzəm idman edən şəxslər də günün qalan hissəsində hərəkətsiz qalmamağa diqqət etməlidirlər.
Həftədə bir neçə gün idman etmək çox dəyərlidir, lakin günün qalan vaxtında saatlarla oturmaq doğru yanaşma deyil. Ürək sağlamlığı üçün hərəkəti bütün günə yaymaq lazımdır. Ürək-damar xəstəliklərindən qorunmaqda həyat tərzi dəyişikliklərinin həlledici rol oynayır.
"Müntəzəm fiziki aktivlik, sağlam qidalanma, siqaretdən uzaq durmaq, təzyiq, qan şəkəri və xolesterin göstəricilərini nəzarətdə saxlamaq ürək sağlamlığının əsas təməlləridir. Xüsusilə masa başında işləyənlər uzunmüddətli hərəkətsizliyi adi hal kimi qəbul etməməlidirlər. Kiçik, lakin nizamlı hərəkət vərdişləri ürəyinizi qorumağa kömək edə bilər" - deyə kardioloq əlavə edib.
Oxşar xəbərlər
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub
Quba-Xınalıq yolunda təkrar torpaq sürüşməsi baş verib. BAKU.WS "APA"ya istinadən xəbər verir ki, yolun daha əvvəl təmizlənərək hərəkətin bərpa olunan hissəsind...