Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı

Arıqlamaq istəyənlər suşidən imtina etməlidir? - Mütəxəssis açıqladı
Digər 6

Suşi və rulonlar tərkibində düyü, krem pendir və müxtəlif souslar olsa da, çəki azaltmaq istəyən insanların rasionunda yer ala bilər.

BAKU.WS xəbər verir ki, texnoloq Aleksandra Krivolap bu barədə "gazeta.ru"ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, düyü mürəkkəb karbohidratlar qrupuna daxildir və uzun müddət toxluq hissinin qorunmasına kömək edə bilər.

Mütəxəssis arıqlama dövründə düyü, nori və qızılbalıq, tuna balığı, krevet və ya avokado ilə hazırlanan rulonlara üstünlük verməyi tövsiyə edib. O bildirib ki, qızılbalıq zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələrin kollagenin parçalanması prosesini ləngitdiyi qeyd olunur.

Bununla belə, bütün rulonların eyni qida dəyərinə malik olmadığı vurğulanıb. Xüsusilə qızardılmış rulonlar və üzərinə müxtəlif souslar əlavə edilərək sobada hazırlanan variantlar daha yüksək kalorili ola bilər.

Əgər məqsəd daha çox balıq qəbul etmək və eyni zamanda düyünün miqdarını azaltmaqdırsa, bu halda saşimi seçimlərindən yararlanmaq olar.

Krivolap miso şorbasının da rasiondan tamamilə çıxarılmasının vacib olmadığını bildirib. O əlavə edib ki, bu şorba nisbətən az kalorili olmaqla yanaşı, tərkibində zülal, lif və probiotiklər də ehtiva edə bilər. Miso şorbasının hazırlanmasında tofu, dəniz yosunları və göbələklərdən istifadə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər