ACF rəsmisi: Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu açıqlama verib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb;
"Azərbaycan üçün növbəti dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etmək və beynəlxalq cüdo ailəsini paytaxtımızda salamlamaq böyük şərəfdir. Azərbaycanda idmanın inkişafı hər zaman ən yüksək səviyyədə diqqət və dəstək görüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb".
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Oxşar xəbərlər
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir
ADA Universiteti mühəndislik ixtisaslarına, o cümlədən elektrotexnikaya xüsusi diqqət yetirir və xarici ali məktəblərlə əməkdaşlığın genişləndirilməsində maraql...