Aygün Kazımovadan mətbuata açıq məktub: "İlhamənin məqsədi ittihamları ört basdır etməkdir" (QALMAQAL)

Aygün Kazımovadan mətbuata açıq məktub: İlhamənin məqsədi ittihamları ört basdır etməkdir (QALMAQAL)
Şou-biznes 2016

 

İhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın başına açdığı oyunları ört basdır etmək üçün diqqəti bu məsələdən yayındırmağa cəhd edir.

BAKU.WS məlumat verir ki, bu barədə Aygün Kazımova media nümayəndələrinə ünvanlandığı açıq məktubda yazıb. O, qələm əhlini bu mövzuda həssas olmağa və məsələni Quliyevanın istəyi ilə şouya çevirməməyə çağırıb. Məktubda deyilir:

"İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylər qızının son açıqlaması məni elə sarsıtdı ki, bir neçə saat özümə gələ bilmədim. Onun açıqlamalarında həqiqət gördüm. Bir şəhid bacısının, bir qadının, alçaldılmış, təhqir edilmiş, əzilmiş, döyülmüş, işgəncələrə məruz qalmış, çarəsiz bir ananın qorxu dolu fəryadına dözə bilmədim. Onu şəxsən tanımasam da, İlhamə Quliyevanı çoxları kimi yaxşı tanıyıram. Gəlin mətləbdən uzaqlaşmayaq. Rəy bildirən hər kəsin fikrinə sayqı ilə yanaşıram. Amma üçüncü insandan açıqlama alanda Aygün Kazımova və İlhamə Quliyeva qalmaqalı haqda yox, o yazıq hala salınmış, çarəsiz qalmış köməkçinin son açıqlaması haqda suallar ünvanlayın. Demək istəyirəm ki, bu faciədən şou düzəltməyək. Bir ananın həyatı çox acınacaqlı vəziyyətdədir. İlhamə Quliyeva bu haqda danışanları, fikir bildirənləri, yazanları təhqir etməklə, məhkəmə və həbsxana ilə hədələməklə diqqəti əsas mövzudan yayındırmaq istəyir. Onun məqsədi köməkçisinin son məktubundakı ittihamları ört basdır etməkdir. Gəlin, buna yol verməyək. Üzünüzü hüquq-mühafizə orqanlarına tutun, mikrofon və diktofonlarınızı onlara uzadın. Əziz jurnalistlər, haqq-ədalət, insanlıq yolunda bu məsələ ətrafında birgə olmağınızı rica edirəm".

Xatırladaq ki, İlhamə Quliyeva Aygün Kazımova arasında qalmaqal xalq artistinin keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuatda yayılan məktubundan sonra başlayıb. 

BAKU.WS

Son xəbərlər