İlhamə Quliyevanın ölümünə tanınmışların reaksiyası (FOTO)

İlhamə Quliyevanın ölümünə tanınmışların reaksiyası (FOTO)
Şou-biznes 5793

Xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişməsi sosial şəbəkələrdə müzakirə olunmaqdadır. 

BAKU.WS məlumat verir ki, sənətçinin ölüm xəbərinə reaksiyalar müxtəlif olub. İlhamə Quliyevanın ölümü ilə bağlı siravi insanlarla yanaşı şou əhli də öz təəssüratlarını bölüşüb. 

Bir zamanlar Quliyeva ilə dost olan Sərxan Kərəmoğlu sənətçinin ona haqsızlıqlar etdiyini bildirib. Kərəmoğlu maraqlı faktların üstünü açıb:

"Sənin mənə etdiyin haqsızlıqlara görə sənə halallıq verirəm. Bakıda və İstanbulda min bir əziyyətlə aldığım evləri sənin prinsip aparmağın uğrunda itirdim, amma halallıq verirəm. Mənim adıma min cür adlar qoyub dostlarıma dedin, aramı vurdun, halallıq verirəm. İllər öncə ən çətin zamanımda idarə edəcəyim toyun sahibləri sənə görə iştirakımdan imtina etdilər, çörəyimdən oldum, halallıq verirəm. Şou-biznes aləmində sənə görə çox qapılar üzümə bağlandı, insanlarla düşmən oldum, halallıq verirəm. Hansı kanala gedirdim, hansı verilişi aparırdım zəng edib "onu oradan qovun" deyirdin, halallıq verirəm. Nə edibsənsə və mən sənə nə etmişəmsə halallıq verirəm. İlhamə xanım Allah sənə rəhmət etsin və günahlarını bağışlasın". 

Prodüsser Tolik (Tarix Əliyev) İlhamə Quliyevanın ölümünə sevinənlərin ünvanına sərt sözlər yazıb:

"Deyirəm, bəzi müğənnilərin səhifəsində "Urraa İlhamə Quliyeva öldü" yazanlar elə bilir ki, ataları, anaları dünyanı tutub qalacaq? Bu ölümə sevinənin gec-tez qapısında belə bir gün olacaq. Allah ona həyatında şan-şöhrət, pul verdi, bəzilərinin cavabını vaxtlnda verdi və əsas odur ki, ölənə qədər qabağından yemədi. Ölüm haqdı, rahat öldü, yatağa düşmədi, heç kimə möhtac olmadı, qoymadı yatağında onu gəlib zəif görsünlər".

Şoumen Murad Dadaşov da xalq artisti ilə bağlı fikirlərini bölüşüb:

"Bilirsiniz, bəlkə də İlhamə Quliyevanı sevib və ya sevməmək olar. İnsanlar çoxdur, fikirlər müxtəlifdir. Amma bir məsələni etiraf etmək lazımdır ki, o həqiqətən çox dəyərli və gözəl sənətkar, çox sadiq dost və böyük ürəyə mail insan idi. Onunla çox saylı səfərlərdə olarkən, mən bu xanıma vuruldum və həyatımın ən dəyərli dostunu qazandım. Bu gün isə itirdim. Çox təəsüf ki, özünü mənə tanıdıb, sevdirdiyi kimi çox adama tanıdıb, sevdirə bilmədi".

Müğənni Natavan Həbibi də Tolik kimi sənətçinin ölümünə sevinənləri tənqid edib:

"Kiminseə ölümünə sevinmək insanlıq deyil, kişilik deyil. İlk növbədə ölümdən heç kimin sığortalanmadığını qavramaq-anlamaq lazımdır. Hamı üçün haqq olan ölüm bir gün hamının qapısını döyəcək. Bütün dinlərdə insan ölümüneə sevinmək qəbuledilməzdir. Müsəlmanlıqda isə bu böyük günahdır. Ölümə sevinmək insanlığı itirmənin son addımıdır. İnsanlığınızı itirməyin.

İlhamə Quliyeva bu gün dunyasını dəyişib. Ölümündən bir neçə gün əvvəl görüşdük, danışdıq. Son görüşümüzdə belə halından məmnunluğu, həyatsevərliyi əksik olmamışdı. Allahdan ona rəhmət diləyək. Ruhun şad olsun, mənim gözəlim". 

Quliyevanın bir müddət əvvəl qalmaqal yaşadığı həmkarı Elza Seyidcahan isə İnstaqram hesabında özünün, Aygün Kazımovanın və xalq artistinin fotosunu kollaj edərək paylaşıb:

"İlhamə xanım, Allah sizə rəhmət eləsin. Bu şəkili paylaşmağımın səbəbi var. Mənası odur ki, sizi Allah sevir. Ona görə ki, sizin doğum günü tarixiniz 17sidir. 7 rəqəmini sizə Tanrı verib. Cümə axşamı rəhmətə getdiniz və cümə günü 26 fevral Xocalı soyqırımı günü torpağa tapşırılacaqsınız. Bir daha Allah sizi çox sevdiyini bəyan etdi. Məncə günahlarınızı bağışladı. Hamımızın günahları var. Hər birimiz Allahın quluyuq. Heç kəs də İlhamə Quliyevanın ölümünə sevinməsin.

Allah hamımızı sevir. Əminəm ki, hörmətli xalq artisti Aygün Kazımova da mənə bu müraciətimdə dəstəkdir. Çünki, son günlər saytlarda rəhmətlik tərəfindən bizi bir milyon manatla məhkəmədə cərimələtdirəcəyi ilə bağlı xəbərlər yer almışdı"-, deyə müğənni bildirib.

Ayşən Ayxan

BAKU.WS

Son xəbərlər