Elza Seyidcahan İlhamə Quliyevanın ölümünə şeir həsr etdi - Ölün!

Elza Seyidcahan İlhamə Quliyevanın ölümünə şeir həsr etdi - Ölün!
Şou-biznes 6316

 

Əməkdar artist Elza Seyidcahan bu gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəfatına şeir həsr edib.

BAKU.WS Elza Seyidcahanın İlhamə Quliyevaya həsr etdiyi şeiri olduğu kimi təqdim edir. Şeir "Ölün" adlanır. 

Sevin ki, yaşayasız

elə sevin ki, öləsiz

öləndə elə ölün ki,

qəbriniz üstə gələn olsun,

üstünüzə su səpən olsun,

qəbrinizdə çiçək olsun,

çiçəkləri bitən gəlib

dərən olsun,

sinənizə sərən olsun.

bizə halallıq verən olsun.

kam alan olsun,

halallıqdan qulaqları

kar olan olsun.

Öləndə elə ölək ki,

o yerlərə gedək ki,

süfrəmizi sərək ki,

süfrəmïzdə su olsun

qoy onun gözü üstümüzdə olsun.

Köksü üstə bir köz olsun,

köz-köz olsun ardımızca

baxan bütün dərdlərin.

Biz o yerlərə gedək ki,

desinlər ki,

biz də gedək,

onun bizə sözü olsun.

birimiz orda, birimiz burda,

birimiz yolda, birimiz suda

öləcəyïk.

Öləndə elə ölək ki,

biz o qəbrə gedək ki,

kəfənimiz gəlin olsun

qəbirdə bizi görən olsun,

gözləyən olsun.

Gələn olsun qəbrimiz üstə,

deyən olsun,

sinəmiz üstə ölən olsun.

Öləndə elə ölək ki,

ikimiz olsun.

bu olmasın, o olsun.

BAKU.WS

Oxşar xəbərlər

Düşmənlərindən İlhamənin ölümünə reaksiya

Düşmənlərindən İlhamənin ölümünə reaksiya

Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib. "Qafqazinfo” bu məqamda primadonna ilə küsülü olan sənətçilərin fikrini öyrənib. Əməkda...

5437 Şou-biznes 14:27 25 fevral 2016

Son xəbərlər