Elza Seyidcahandan yeni şeir

Elza Seyidcahandan yeni şeir
Şou-biznes 4721

 

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. Müğənni yeni şeirini qadınlara həsr edib. 

BAKU.WS Elza Seyidcahanın "Qadın bir şey istəyir” şeirini təqdim edir:

Qadın bir şey istəyir

Bir şey

Deyim nə istəyir?

Bir şey istəyir.

Bir.

Pul istəmir

Mal istəmir.

İki şey istəmir

Bir şey istəyir o,

Bir şey.

Qabırğadır, qabırğa

O istəyir.

İstəyir o

Bir şey olsun.

Qabırğa olsun, qabırğa

Çox şey istəmir ki?

Qadın qadını başa düşür,

Kişi kişini başa düşür,

Kişi qadını başa düşmür?

Kişinin işi qadına düşür,

Qadının kişiyə işi düşmür?

Kişinin beli bükülür,

Qadının abırı tökülür

Abırdan betər sökülür

Onun istəyi bir şeydir

Bir şey!

Rəhm istəyir,

Fəhm istəyir,

Səhm istəmir,

Baş tükündən yaratmadı

Başlara çıxsın.

Dırnaqlardan yaratmadı

Yerə atılsın.

Qabırğadan yaratdı ki,

Ağuşa batsın,

Tumara çatsın,

Sığalda yatsın, yatsın,

Batsın.

Arzuya çatsın, çatın

Yatsın.

Tumar, tumar

Sığal, sığal,

Qabırğa

Qabırğadır, qabırğa.

Qadın bir şey istəyir,

Bir şey.

Qabırğa olmaq istəyir

Qabırğa.

İstəyir o bir şey.

Qeyd edək ki, müğənni tez-tez yazdığı şeirlərlə gündəmə gəlir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər