Nadir coşdu: “Yetər artıq camaatın pulunu saydınız”
Bir müddətdir Moskvada olan müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu təhqir edənlərə əsəbləşdi.
BAKU.WS məlumat verir ki, müğənni ona tənqidi fikirlər yazanların ünvanına bu sözləri deyib:
"Yazırlar ki, "Bu krizis vaxtı Nadir kefdə, damaqdadır, gəzib, dolanır”. Elə bu dedi-qoduların əlindən baş götürüb uzaqlara getmək istəyirəm. Nə qədər bizim bəzi insanlarımızda şüur, savad, aşağıdır. Onlar çətin düzələrlər. Sözüm bəzilərinədir, yetər artıq camaatın pulunu saydınız, haqq-nahaq danışdınız. Bu cür insanları görəndə adam onlarla eyni cəmiyyətdə yaşamağına nifrət edir. Unutmayın kiI, Allah hər kəsin ürəyinə görə verir. Nə vaxta qədər başqasının pulunu saysanız, Allahdan heç nə gözləməyin. Allah bilir kimi necə mükafatlandırır”, - deyə sənətçi bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Xatirə İslam coşdu: "Yaxşı edib, əlinin içindən gəlib!" (FOTO)
Tanınmış müğənni Xatirə İslamla Elnarə Abdullayeva arasında qalmaqal yaşanıb. BAKU.WS məlumat verir ki, müğənni 5/5 verlişində Elnarə Abdullayevanı ünvanına tə...