Miri Yusif Türkiyəyə gedir

Miri Yusif Türkiyəyə gedir
Şou-biznes 1352

 

Tanınmış müğənni, keçmiş reper Miri Yusif Türkiyəyə gedəcəyini bildirib.

BAKU.WS məlumat verir ki, sənətçi türkiyəli müğənni Funda Ararın onun "Bağışla" mahnısını icazəsiz ifa etdiyinə görə qardaş ölkəyə yollanacağını deyib:

"Funda Ararın ifasını bəyənirəm. Amma mənim haqqımı tapdaladılar. İstəyirəm ki, bu mahnının hər təqdimatında müəllif kimi mənim adım səslənsin, klipdə yazılsın. Bununla bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyəm. Orada Funda Ararla görüşdükdən sonra böyük ehtimalla, istəyimə nail olacağam, haqqım geri qaytarılacaq. Mən pul dalınca qaçmıram, yetər ki, müəllif kimi adımı hallandırsınlar", - deyə müğənni bildirib.

BAKU.WS

Oxşar xəbərlər

ABD Malik yeni "Kuri, molçi" adlı klipini təqdim etdi (FOTO, VİDEO)

ABD Malik yeni "Kuri, molçi" adlı klipini təqdim etdi (FOTO, VİDEO)

Məşhur müğənni və "Dəyirman" qrupun sabiq üzvü ABD Malik "Kuri, molçi" adlı yeni klipini təqdim edib. BAKU.WS-in məlumatına görə, müğənni paytaxt klublarından...

2162 Şou-biznes 12:16 16 oktyabr 2015

Son xəbərlər