Funda Arar azərbaycanlı müğənninin mahnısını oğurladı (VİDEO)

Funda Arar azərbaycanlı müğənninin mahnısını oğurladı (VİDEO)
Video
Şou-biznes 2728

Türkiyənin tanınmış müğənnisi Funda Arar Miri Yusifin "Bağışla" mahnısını oğurlayıb.

BAKU.WS-in məlumatına görə, 2 il əvvəl albomunda oxuduğu mahnının oğurlandığını fərq edən Miri Yusif Fundanı bağışlamayacağını söyləyib.

Son olaraq yanvar ayında "Xoş gəldin” adlı albomunu çıxaran Funda Arar yeni albom işlərinə davam edərkən "Bağışla” adlı musiqisini pərəstişkarlarıyla paylaşıb. Rejissorluğunu Nihat Odabaşının etdiyi yeni klipi isə üç gün əvvəl işıq üzü görüb.

Klipi izləyən Azərbaycanın məşhur müğənnisi Miri Yusif həyatının şokunu yaşayıb. Çünki mahnı iki il əvvəl Miri Yusifin buraxdığı albomundakı "Bağışla" mahnısıydı. Sözlərin belə dəyişdirilmədən olduğu kimi istifadə edilməsi Miri Yusifi hövsələdən çıxarıb:

"Söz və musiqisi mənə məxsus olan və "Ağ Qarğa" albomuna daxil edilmiş "Bağışla" mahnısının türk ifaçı Funda Arar tərəfindən heç bir icazə alınmadan ifa olunması bizi təəssüfləndirir. Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil və buna qarşılıq olaraq onlarla məhkəmədə görüşəcəyik”, - deyə Miri Yusif Instagram hesabında yazıb.

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarovun yeni sevgilisi ortaya çıxdı?

Emin Ağalarovun yeni sevgilisi ortaya çıxdı?

Tanınmış azərbaycanlı müğənni, bəstəkar EMIN öz pərəstişkarlarını həyəcanlandırıb. BAKU.WS-in məlumatına görə, Ağalarov sirli bir şəkli sosial şəbəkəfə paylaş...

14619 Şou-biznes 12:00 10 avqust 2015

Son xəbərlər