ABD Malik yeni "Kuri, molçi" adlı klipini təqdim etdi (FOTO, VİDEO)
Məşhur müğənni və "Dəyirman" qrupun sabiq üzvü ABD Malik "Kuri, molçi" adlı yeni klipini təqdim edib.
BAKU.WS-in məlumatına görə, müğənni paytaxt klublarından birində baş tutan təqdimat mərasiminə ABD Malikin sənət dostları və yaxınları iştirak edib.
Klipin nümayişində Miri Yusif, Nura Suri, rejissor Fuad Əlişov, "Dəyirman" qrupun sabiq nümayəndələri və şou-biznesin başqa məşhurları da olub. Mətbuat üçün açıq olan mərasimdə ABD Malik mahnının necə ərsəyə gəldiyi ilə bağlı danışıb. O bildirib ki, bu onun son işi deyil və yaxın gələcəkdə digər yeni işlərini də sevənlərinə təqdim edəcək.
"Bir dəfə gecə mən siqaret tüstüsünün qoxusundan oyandım... Eyvana çıxıb həyətdə siqaret çəkən qızı gördüm. O, nərdivanda otururdu və ağlayırdı. Mən aşağı enməyə və onunla danışmağa qərar verdim. Qız mənə tək tərəfli sevgisindən danışdı. Mən ona dedim ki, bu barədə mahnını yazacağam. Beləliklə və bu mahnı ortaya çıxdı", - deyə müğənni bildirib.
Fəridə Məmmədova
BAKU.WS
Oxşar xəbərlər
Nura Suri Facebook-da paylaşdığı video ilə həyəcan təbili çaldı (VİDEO)
Bakının Xətai rayonunda vətəndaşların həyatı təhlükə altındadır. BAKU.WS-in məlumatına görə, bu barədə müğənni Nura Suri Facebook sosial şəbəkəsindəki hesabınd...