Əməkdar artistə ağır itki üz verdi
Əməkdar artist Nüşabə Ələsgərliyə ağır itki üz verib.
BAKU.WS məlumat verir ki, müğənninin anası Solmaz xanım vəfat edib. Bu haqda Nüşabə Ələsgərli öz şəxsi İnstaqram hesabında məlumat verib.
Müğənniyə sənət dostları sosial şəbəkə vasitəsi ilə başsağlığı veriblər. Müğənni Nadir Qafarzadə sənət yoldaşının çətin günündə yanında olmadığı üçün heyfslənib: "Canım dostum, dəyərli insan Nüşabə Ələsgərlinin anası Solmaz anamız dünyasını dəyişib. Canım Nüşabəm, mən vətəndən çox uzaqdayam, kaşki bu ağır anlarda yanında olaydım. Amma əlimdən nə gəlir ki? Allah Solmaz anaya rəhmət ələsin! Allah o dünyasını versin! AMIN. Anamı itirdiyim günü xatırladım. Valideyin itirmək ağırdı. Ürəyim parçalandı, can Nüşabəm!"
Allah rəhmət eləsin!
BAKU.WS
Oxşar xəbərlər
Natavana ağır itki
Müğənni Natavan Həbibinin ailəsində ağır itki baş verib. BAKU.WS-in "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu gün sənətçinin xalası dünyasını dəyişib....