Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)
Tanınmış aktyor, rejissor, əməkdar artist Tahir İmanovun sosial şəbəkədə fotoşopla düzəldilmiş açıq-saçıq fotoları yayılıb.
BAKU.WS məlumat verir ki, bir müddət əvvəl aktyorun adına saxta profil açılmışdı. Həmin saxta profildə aktyorun fotoşopla düzəldilmiş fotoları paylaşılıb.
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən İmanov, şəkillərdən xəbərdar olduğunu deyib:
"Adıma bir neçə profil açılmışdı, həmin profilləri bağlatdırdım, ancaq yenə ediblər, tapşırıq vermişəm, onu da bağlasınlar. Allah cəzalarını versin. Mən Allaha çox inanıram. İnanıram ki, ən böyük cəzanı da o verəcək. Məhkəməyə də müraciət edəcəm. Amma inanmıram xeyri olsun. Bir müddətdən sonra yenə edəcəklər. Simasız, şəxsiyyətsiz insanlara nə etsən də xeyri yoxdur. Şəkillərdən də xəbərim var. Qoy etsinlər. Mənliksiz insanlardır".
Tahir İmanov onun adından təxribat xarakerli paylaşımlara da münasibət bildirib:
"Onlar mənim adımdan dövlət əleyhinə də paylaşımlar edirlər. Dövlət də, hökümətimiz də, xalqımız da bizi çox yaxşı tanıyır. Biz heç vaxt dövlətə qarşı olmamışıq, olmayacayıq da. Biz Heydər Əliyev kursunun əsgərləriyik. Canımızda nə qədər can var ona və onun kursunun davamçısına sadiq qalacağıq. Belə şeylər etməklə məni gözdən sala bilməyəcəklər".
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Tahir İmanov: “Onlar şərəfsiz, tərbiyəsiz insanlardır...”
Ötən gün "JW Marriott Absheron" otelində toyu olan əməkdar artist Tahir İmanovun adından saxta facebook profili açılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yay...