Nadirlə Flora Kərimova üz-üzə gəldi (FOTO)
27
yan
2016
10:05
Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə barışıb. BAKU.WS məlumat verir ki, uzun müddətdir küsülü olan sənətçilər toy məclislərinin birində qarşılaşıblar. Barışıq addımını Nadir Qafarzadə atıb. Müğənni bu haqda İnstaqram hesabında yazıb: "Bu gün bir dostumuzun bacısının xeyir işində Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuz da dünya fanidir”. Xatırladaq ki, F.Kərimovanın N.Qafarzadə üçün dediyi "Sənə çörəyi mən vermişəm” sözləri sənətçini özündən çıxarmışdı. N.Qafarzadə xalq artistinə sərt cavab vermişdi.
BAKU.WS
Oxşar xəbərlər
Nadir coşdu: “Yetər artıq camaatın pulunu saydınız”
Bir müddətdir Moskvada olan müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu təhqir edənlərə əsəbləşdi. BAKU.WS məlumat verir ki, müğənni ona tənqidi fikirlər yazan...