Flora Kərimova bu dəfə geyimi ilə təəccübləndirdi (FOTO)

Flora Kərimova bu dəfə geyimi ilə təəccübləndirdi (FOTO)
Şou-biznes 6818

 

Xalq artisti Flora Kərimova həmkarı Nisə Qasımovanın ATV-də yayımlanan "Mənim dünyam” verilişinin qonağı olub. 

BAKU.WS məlumat verir ki, Xalq artisti geyindiyi açıq-saçıq geyimi ilə diqqət çəkib. Flora Kərimovanın bu geyimi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Xalq artisti təmtəraqlı təqdimatları sevmədiyini bildirib:

"Müğənni səsini təqdim edir. Əgər səni qəbul edib sevirlərsə, bəsdir. İnsanı nə maşına, nə evə, nə yalançı təbəssümə, nə var-dövlətə görə sevirlər. Tamaşaçı insanın məzmununu, ağlını sevir. Olduğun kimi görünməlisən".

Xatırladaq ki, Flora Kərimova bu yaxınlarda həmkarı Nadir Qafarzadə ilə aralarında yaşanmış qalmaqala görə gündəmə gəlmişdi.

BAKU.WS

Oxşar xəbərlər

Nadir Qafarzadə Flora Kərimovaya cavab verdi: "Yetər artıq"

Nadir Qafarzadə Flora Kərimovaya cavab verdi: "Yetər artıq"

Xalq artisti Flora Kərimova ilə müğənni Nadir Qafarzadə arasında qalmaqal daha da böyüyüb. BAKU.WS məlumat verir ki, Nadir Qafarzadə Flora Kərimovanın onun haq...

4044 Şou-biznes 11:32 07 oktyabr 2015

Son xəbərlər