Əməkdar artistin ərinin ölümünə səbəbkar olan şəxs 27 ildən sonra ondan halallıq istədi - VİDEO
28
dek
2018
21:56
ATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan Əməkdar artist Gülüstan Əliyevanın görüşünə gələn Sərraf Əliyev adlı şəxs 27 ildən sonra ondan halallıq istəyib. İllərdir vicdan əzabı çəkən 69 yaşlı Sərraf Əliyev qeyd edib ki, Qarabağ müharibəsi zamanı o, Gülstan Əliyevanın mərhum şəhid həyat yoldaşı Zahid Əhmədovla bir kənddə vuruşub. S. Əliyevin sözlərinə görə, Zahidin müharibədə vəfat etməsinə məhz o səbəbkar olub. Belə ki, onun səhlənkarlığı nəticəsində Zahid Əhmədov minaya düşüb və həyatını itirib.
Əməkdar artist Gülüstan Əliyeva və mərhum şəhid həyat yoldaşı Zahid ƏhmədovO, Zahid Əhmədovun Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı olduğunu 5 il əvvəl öyrənib. Bütün baş verənləri studiyada etiraf edən S. Əliyev G. Əliyevadan halallıq istəyib. G. Əliyeva hər şeyi qismətlə əlaqələndirib və bu hadisədə özünü günahlar hesab edən S. Əliyevə halallığını verib. Studiyada yaşananlar ekspertləri və tamaşaçıları göz yaşlarına boğub. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Qəfil ölən Zahidlə bağlı tükürpədici fakt - Anadan olduğu otaqda ...
İki gün əvvəl dünyasını dəyişən məşhur klarnet ifaçısı Zahid Sabirabadlı ilə bağlı əməkdar artist Cavanşir Məmmədov tükürpədici açıqlaması ilə diqqət çəkib.BAKU...