Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş...
Rusiyalı reper Ciqan aliment borcunu ödəmədiyi üçün Moskvaətrafı ərazidə yerləşən dəbdəbəli malikanəsinə həbs qoyulub. Borcun ödənilməyəcəyi təqdirdə əmlakın hərraca çıxarılması ehtimalı var.
BAKU.WS xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məhkəmə reperin Moskva vilayətindəki "Şato Soveren" kottec qəsəbəsində yerləşən üçmərtəbəli evinə həbs qoyulması barədə qərar qəbul edib.
Malikanədə türk hamamı, kinozal, kamin, iş otağı və idman zalı daxil olmaqla bir sıra imkanlar var. Torpaq sahəsi ilə birlikdə əmlakın dəyəri 4 milyon ABŞ dollardan çox qiymətləndirilir.
Məlumata görə, reperin aliment ödənişi ilə bağlı razılaşma üzrə 1 milyon 737 min 737 rubl borcu yaranıb. Borcun bağlanması üçün onun əmlakının hərraca çıxarılması mümkündür.
Qeyd edək ki, sentyabrın 23-də "Mash" teleqram kanalı reperin iyul ayında Moskvaətrafındakı evində xidmət personalına hücum etdiyini iddia edib. KİV-in məlumatına görə, sənətçi işçiləri müxtəlif cinayətlərdə, o cümlədən pedofiliya və millətçilikdə şübhəli bilib və məsələni özbaşına həll etməyə çalışıb.
Hadisə zamanı ən azı bir mühafizəçinin yaralandığı, onun əlindən və ayağından xəsarət aldığı bildirilib. Həmin vaxt evdə reperin uşaqlarının da olduğu, onların qorxaraq şkaflarda gizləndikləri və analarından kömək istədikləri iddia olunub. Hadisədən sonra reperin saxlanılaraq reabilitasiya mərkəzinə aparıldığı qeyd edilib.
Oxşar xəbərlər
Alpay 91 yaşında vəfat etdi
Türk pop musiqisinin əfsanəvi adlarından olan Alpay vəfat edib. BAKU.WS xəbər verir ki, "Fabrika Kızı" və "Eylül'de Gel" kimi mahnıları ilə sevilən sənətçi 91 y...