Manatın “ölmə”si müğənnilərimizi Yeni il gecəsi çörəksiz qoydu
Adət etmişik ki, hər Yeni ildə paytaxtda və Azərbaycanın bölgələrində yerləşən əyləncə məkanlarında, otellərində yerli və əcnəbi müğənnilərin iştirakı ilə şou-proqramlar təşkil olunur.
Amma deyəsən, bu il vəziyyət tamam başqadır. Manatın "ölmə”si çal-çağır əhlini əməlli-başlı pis vəziyyətə qoyub. Gəlir mənbəyi el şənlikləri- toylar və bayram günlərində təşkil edilən şou-proqramlar olan müğənnilər çörəksiz qalıb.
BAKU.WS-in apardığı kiçik bir araşdırma zamanı məlum olub ki, dekabrın 31-də paytaxtda yerləşən əksər əyləncə məkanları azbüdcəli müğənnilərin xidmətindən yararlanacaq.
Çünki insanların alıcılıq qabiliyyəti ötən illərlə müqayisədə kəskin azalıb. Hətta elə məkanlar var ki, həmin gün özlərinin müğənnilərinin xidmətindən yararlanmalı olacaqlar. Əldə etdiyimiz məlumata görə, ən bahalı məkanlarda hər zaman olduğu kimi, Aygün Kazımova, Röya Ayxan, Faiq Ağayev, Brilliant Dadaşova Abbas Bağırov, Ədalət Şükürov, Nigar Camal çıxış edəcək.
Digər müğənnilər isə nisbətən ucuz məkanlarda bir-iki mahnı oxuyub, evlərinə yollanacaqlar. Halbuki hər zaman müğənnilərimiz saat 00:00-ı səhnədə qarşılayardılar.
Sonda onu da əlavə edək ki, Yeni il gecəsi Bakı Olimpiya Stadionunda türkiyəli sənətçilərin konserti olacaq- ucuz və sərfəli! 10 manat verib, türk estrada ulduzları - Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxışını dinləyə bilərsiniz. Həmin gün Röya Ayxan və Miri Yusif də həmin səhnədə çıxış edəcək.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Təranə Səmədova: “Faiq Ağayevdən qat-qat yaxşı oxuyan kişi müğənnilər var” (VİDEO)
Prodüser Təranə Səmədova yerli şou-biznesdə gündəmi altını-üstünə çevirəcək açıqlamalar verib. BAKU.WS-in məlumatına əsasən, prodüser həmkarlarının yaradıcılıq...