Toylar azalıb, menyular dəyişir (VİDEO)

Toylar azalıb, menyular dəyişir (VİDEO)
Video
Sosial 2634

Toylar azalıb, toy sahibləri qənaətə yönəlib. Şadlıq evləri yemək, içkilər, hətta əyləncə və müğənnilərində dəyişiklik etmək məcburiyyətində qalıb.

BAKU.WS xezerxeber-ə istinadən məlumatına görə, Bakıdakı şadlıq evlərindən bildirilir ki, son bir neçə ayda toylar 50 faizədək azalıb. Mövsümün də təsiri ilə indi ay ərzində 4-5 toy görən restoran işçiləri sevinir.

Şadlıq evi inzibatçıları bildirir ki, əvvəllər müştərilər "ömürdə bir dəfə olur" deyə bütün əyləncə təkliflərini qəbul edir, əlavə xərclərdən boyun qaçırmırdılar. İndi isə vəziyyət dəyişib, menyuda bir neçə manat endirim belə əhəmiyyət qazanıb.

Son aylardakı vəziyyəti də nəzər alan restoran sahibləri menyularında dəyişiklik edərək bəzi endirimlərə başlayıblar.

Əksər şadlıq evlərində toy keçirmək istəyənlərə bir-birini təkrarlayan yemək və salatlar menyudan çıxarmaq, içki sayı azaltmaq yolu ilə endirimlər təklif edilir.

Endirim məcburiyyəti əlavə şou proqramlara da təsir edib. Şöhrətli və bahalı müğənnilər əvvəlki kimi rəğbət görmür. Hətta küçələrdə dayanmış gəlin maşınları da artıq maraq cəlb etmir. Toy sahibləri avtomobil kirayəsi kimi xərclərdən də qaçınmağa başlayıb.

BAKU.WS

Oxşar xəbərlər

Şadlıq saraylarından devalvasiya fırıldağı: yeni qiymət artımı

Şadlıq saraylarından devalvasiya fırıldağı: yeni qiymət artımı

Ölkədə manatın dollara nisbətən kəskin ucuzlaşması səbəbindən paytaxtda hər sahədə olduğu kimi şadlıq saraylarının qiymətində də artımlar müşahidə olunur. BAKU...

2599 Sosial 11:17 11 yanvar 2016

Son xəbərlər