Şadlıq sarayları da qiymətləri artırdı (CƏDVƏL)

Şadlıq sarayları da qiymətləri artırdı (CƏDVƏL)
İqtisadiyyat 35515

Manatın dollara nisbətən 50 faiz ucuzlaşması səbəbindən paytaxtda hər sahədə olduğu kimi şadlıq saraylarının qiymətində də artımlar müşahidə olunur.

BAKU.WS olaraq bu sahədə kiçik araşdırmalar apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, bir çox tanınmış restoranlar əvvəllər toy sahibilə danışarkən müəyyən güzəştlər edirlərmiş. Lakin qiymət artımından sonra bütün güzəştlər ləğv edilib. Bəzi şadlıq sarayları isə qiymətləri bir stula görə 10 manat bahalaşdırıb. Bu da toy sahibinin 3000-4000 min manat əlavə xərcə düşməsi deməkdir. 

Bəzi şadlıq sarayları isə hələlik qiymət artımını çox cüzi formada ediblər. Bununla da toy sahibi hər stula görə 2-5 manat artıq ödəyir.

Maraqlı məqamlardan biri də budur ki, restoran işçiləri etiraf edirlər ki, bahalaşmaya görə onlara müraciət edənlərin sayı çoxalıb. Yəni bir çox insan köhnə qiymətlərlə razılaşaraq yanvar ayı üçün toy günlərini təyin ediblər. Məhz bu səbəbdən də, yanvar ayı üçün şadlıq saraylarının əksəriyyətində şənbə və bazar gününə yerlər tutulub.

"Bəzi saraylardan isə bildirdilər ki, toy sahibilə toyu müəyyən edib, behləşsələr də, bahalaşmaya görə onlardan əlavə pul tələb olunacaq. Bahalaşmaya baxmayaraq çox az sayda restoran və şadlıq evləri yanvar ayı üçün qiymətlərdə artımlar etməyiblər. Lakin onlar da etiraf edirlər ki, yanvardan sonra menyulara uyğun olaraq xidmətlərinin dəyərini qaldıracaqlar. Yalnız "Kleopatra” şadlıq sarayında qiymətləri bahalaşdırmayacaqlarını bildiriblər. Orada əvvəlki menyu ilə bir nəfər üçün 33 manat tələb olunur.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib. Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Devalvasiya toyları da "vurdu"

Devalvasiya toyları da "vurdu"

Azərbaycanın milli valyutasının üzən məzənnəyə keçməsi, dolların kəskin artması fonunda manatın devalvasiyaya uğraması ölkənin bütün sektorlarına təsir edib. Mü...

1723 İqtisadiyyat 14:29 24 dekabr 2015

Son xəbərlər