Bakıda kütləvi zəhərlənmə olan şadlıq sarayı açıldı

Bakıda kütləvi zəhərlənmə olan şadlıq sarayı açıldı
Sosial 1792

8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində baş verən kütləvi zəhərlənmədən sonra bağlanan obyekt yenidən fəaliyyətə başlayıb.

 

Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyevin BAKU.WS-ə verdiyi məlumata görə, artıq şadlıq evindəki problemlrə aradan qaldırılıb. "Kütləvi zəhərlənmə paytaxt salatındakı çirklənmə ilə əlaqədar baş vermişdi. Köhnə qidalar qatıldığı üçün salatda insan sağlamlığına zərərli olan maddələr yaranmışdı. Şadlıq evinin rəhbərliyinə lazımı tapşırıqlar verildi. Obyekt dizenfeksiya olundu”, - deyə Fədai Hacıyev bildirib.

Xatırladaq ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş vermişdi.  Toydan sonra 77 nəfər zəhərlənib. Zəhərlənənlər arasında 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə yerləşdirilmişdi. Kütləvi zəhərlənmə ilə əlaqədar "Zəngəzur” şadlıq sarayı avqustun 11-dən bağlı idi.  Ziya Səccad BAKU.WS

Son xəbərlər