"Neftçi"nin baş məşqçisi: "Azərbaycan basketbolu düzgün yoldadır"
Azərbaycan basketbolu düzgün yoldadır.
Bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Abşeron Lions"a qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Camal Bey, Stefan Keniç zədədən yeni qayıtmışdılar və matçı yaxşı səviyyədə keçirdilər. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradaqn qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır".
Qeyd edək ki, "Abşeron Lions" - "Neftçi" matçı "ağ-qaralar"ın 104:86 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Serik Belediyespor" Sergey Yuranla yollarını ayırdı
Türkiyənin "Serik Belediyespor" klubunun rəhbərliyi baş məşqçi Sergey Yuranla əməkdaşlığa son qoymaq qərarına gəlib. BAKU.WS-in məlumatına görə, bu barədə "MAT...