Azərbaycanda vəzifəli şəxs əməliyyat zamanı öldü

Azərbaycanda vəzifəli şəxs əməliyyat zamanı öldü
Hadisə 267

Cəlilabad rayonunda vəzifəli şəxs ölüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında həyatını itirib.

Onun Masallı rayonunda yerləşən xəstəxanaların birində əməliyyat olunan zaman öldüyü bildirilir.

Qeyd edək ki, Əmrah Quliyevin Cəlilabad rayonunun Üçtəpə bələdiyyəsinin sədri vəzifəsində olduğu dövrdə qanunsuz əməlləri ifşa edilib. Cinayət işi açılıb və o, dələduzluqla təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun Üçtəpə kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair sənədin verilməsi vədi ilə vətəndaşlardan 3 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Son xəbərlər